Dərc edilib: 20-10-2017

https://www.nuh.az/12992-.html

Tale Heydərov kupçasını itirb

20.10.2017 15:14:53

Maraqlı

Bakının “milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində “Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.


 ölkə.az   xəbər verir ki, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün “Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib. 

Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

 

Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib