Dərc edilib: 20-10-2017

https://www.nuh.az/12993-.html

Hələ də ibtidai həyat yaşayan qəbilə

20.10.2017 15:24:49

Mədəniyyət

İbtidai həyat yaşayan cəmiyyətlərin fotolarını çəkən fotoqraflar Karol Bekviz və Ancela Fişer Sudanda Dinka qəbiləsinin məişətini də şəkillərə köçürüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Dinkalar Sudanın cənubunda Nil hövzəsinin orta bölgəsində bataqlıqlarla əhatələşmiş yerdə yaşayırlar. Sayları 1000-30000 arasında dəyişən qəbilədə çoxlu qruplaşmalar var və onlar arasında dil, ərazi, mədəniyyət fərqləri mövcuddur. Ən çox bilinən qruplar Acarlar, Aliblər, Borlar, Reklər və Melvallardır.

Əsas məşğuliyyətləri heyvandarlıq olan Dinkalar quraq mövsümdə mal-qaranı çay kənarına aparırlar. Qarğıdalının yetişdiyi yağmurlu dövrlərdə isə savanna meşələrinə geri qayıdırlar. Qəbilə qürurlu, müstəqil və döyüşkən olması ilə məşhurdur.

Dinkalar oğlanların uşaqlıqdan yeniyetməliyə keçid dövrünü xüsusi mərasimlərlə qeyd edirlər. Tədbirlərdə oğlan uşaqları arasında döyüşlər təşkil edilir.

Ödənişləri mal-qara ilə edən bu qəbilədə narıncı rəngə xüsusi əhəmiyyət verilir. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib