Dərc edilib: 20-10-2017

https://www.nuh.az/12995-.html

Beş piyadanı öldürən biznesmen qızı narkotik qəbul edibmiş

20.10.2017 16:36:03

Region

Ukraynanın Xarkov şəhərində yüksək sürətli sürdüyü Lexus markalı avtomobillə 5 piyadanı öldürüb, 6-sını yaralan biznesmenin qızının qanında opiat aşkarlanıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə 20 yaşlı Yelena Zayçevin məhkəmə zalında prokurorluq əməkdaşı analizlərin nəticəsini açıqlayarkən məlumat verib.  Zayçevin vəkili isə nəticələrin onun üçün gözlənilməz olduğunu bildirib. 

Xatırladaq ki, Zayçevin yüksək sürətli idarə etdiyi avtomobil əvvəlcə digər maşınla toqquşmuş, daha sonra idarəetməni itirərək səkidə yolu keçmək üçün gözləyən piyadaları vurmuşdu. Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan ikisinin vəziyyəti isə ağırdır. 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib