Dərc edilib: 21-10-2017

https://www.nuh.az/13015-.html

Dünyanın ən gənc alimi: 11 yaşı var

21.10.2017 15:25:57

Maraqlı

11 yaşlı Qitancali Rao ABŞ-da keçirilən "3M Gənc Alimlər" yarışının qalibi olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kolorado ştatının "Lone Tree" bölgəsində yaşayan 11 yaşlı Qitancali sudakı qurğuşun çirklənməsini ən sürətli və ucuz şəkildə müəyyənləşdirən cihaz ixtirasına görə yarışın qalibi və ABŞ-ın ən gənc alimi seçilib. "Tethys" adlı cihazın ixtiraçısı 25 min dollar pul mükafatına sahib çıxıb.

Qitancali Rao bildirir ki, böyüyəndə epidemioloq və ya genetik olmaq istəyir.

Qeyd edək ki, qalib 3 ay ərzində alimlərlə çalışan 10 nəfər arasından seçilib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib