Dərc edilib: 21-10-2017

https://www.nuh.az/13019-.html

Nəcməddin Sadıkov Vaşinqtona getdi

21.10.2017 17:03:58

Reportaj

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib