Dərc edilib: 22-10-2017

https://www.nuh.az/13029-.html

Azərbaycanlı Gürcüstanda icra başçısı seçildi

22.10.2017 15:16:54

Günün sitatı

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısına namizədi Temur Abazov seçkilərdə qələbə qazanıb.


APA  xəbər verir ki,  rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub. 

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib