Dərc edilib: 23-10-2017

https://www.nuh.az/13033-.html

Solçular prezidentliyə vahid namizədini müəyyən etdi- Elşən Həsənov

23.10.2017 10:21:29

Cəmiyyət

Sol partiya və ictimai-siyasi birliklər, gələn ilki  prezident  seçkilərində, öz namizədləri ilə çıxış edəcəklər.

 

Azərbaycan Kommunist Partiyasının qərargahında keçirilmiş, Azərbaycan Sosialist Partiyasının, eləcə də, digər ictimai-siyasi təşkilatların  nümayəndələrinin iştirak etdikləri dünənki toplantıda, 2018-ci ildə keçiriləcək prezident seçkilərində sol qüvvələrin öz namizədlri ilə iştirakı məsələsi gündəmin əsas mövzularından biri olmuşdur. Toplantı iştirakçıları sol qüvvələrin namizədi olaraq Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyinin irəli sürüləcəyi barədə qərarı yekdilliklə dəstəkləmişlər. Müşahidəçilərin söylədikləri fikirlərə görə Elşən Həsənovun namizədliyinin sol cəbhədən irəli sürülməsi, indiki ana müxalifət partiyaları sıralarından qopmalara səbəb ola bilər. Bunun bir neçə səbəbə görə baş verə biləcəyini söyləyən müşahidəçilərin qənaətinə görə ən başlıca səbəb, insanların daha çox sosial ədalətin bərqərar olmasını özündə ehtiva edən yeni siyasi təşkilatın və yeni liderin meydana çıxması zərurəti ilə bağlıdır.

 

    NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib