Dərc edilib: 23-10-2017

https://www.nuh.az/13040-.html

Kəmaləddin Heydərov İsrayıl Əliyevi vəzifəsindən uzaqlaşdırdı

23.10.2017 17:23:02

Siyasət

Son 2 gündə Fövqəladə Hallar Nazirliyində baş verənlər cəmiyyətin marağına səbəb olub.

Görəsən, FHN-də nə baş verir?

Məlumat üçün qeyd edək ki, bir gün əvvəl fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov nazirliyin mətbuat katibi Oqtay Bayramovu vəzifəsindən azad edib. Sonra məlum oldu ki, cənab nazir FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevi də işdən çıxarıb. Bir neçə saat əvvəl isə mətbuatda cənab nazirin sağ əlinin- Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın da tutduğu vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat yayıldı.

 

Bu dəqiqələrdə NUH.az-a daxil olan məlumata görə, Kəmaləddin Heydərov daha bir generalı, Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Əliyevi vəizfədən uzaqlaşdırıb. NUH.az olaraq İsrayıl  Əliyevin tərcümeyi-halı, kimliyi ilə tanış olmaq üçün nazirliyin və qurumun saytına (http://www.dynx.fhn.gov.az) daxil olduq. Məlumdur ki, bütün dövlət qurumlarının saytında rəhbərliyə daxil olan şəxslərin tərcümeyi-halı, ömürlüyü geniş və dəqiq qeyd olunur. Ancaq Dövlət Xidmətinin rəisi, general İsrayıl Əliyevlə bağlı onun rəhbrəlik etdiyi qurumun saytında ikicə cümləyə rast gəldik:

“ 24 May 1959-cu ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Pоliteхnik Institutunu bitirib». Vəssəlam.

 

Görəsən cənab general birdən birə Dövlət Xidmətinə rəisi təyin olunub?

Rəis təyin olunanadək hansı vəzifələrdə çalışıb?

General nə üçün öz tərcümeyi-halını gizlədir?

  Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

    NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib