Dərc edilib: 23-10-2017

https://www.nuh.az/13045-.html

Şəhid Cabbar Zeynalov dəfn olundu - Foto

23.10.2017 22:07:12

Günün sitatı

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firudin oğlu şəhid olub.

 “Yenicag.az”-ın  məlumatına görə, 18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, deputat Əflatun Amaşov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib