Dərc edilib: 23-10-2017

https://www.nuh.az/13047-.html

Krımda yeni kəşf — Üçüncü Reyxin qızılla dolu gəmisi tapıldı

23.10.2017 22:41:38

Dünya

Krımda tədqiqatçılar yeni kəşfə imza atıblar.

"Ölkə.Az" xəbər verir ki, axtarış nəticəsində batırılmış "Boy Feddersen" paroxodu tapılıb. Gəmi qır-qızıl və daş-qaşla yüklüdür.

Batmış gəmi "Rus sualtı tədqiqat ekspedisiyası" layihəsinin əməkdaşları tərəfindən Yevpatoriya tərəfdə tapılıb.

Layihənin rəhbəri Roman Dunayev bildirir ki, sözügedən gəmi 1943-cü ildə batırılıb. "Boy Feddersen" paroxodunda hitlerçilər tərəfindən qarət edilmiş sərvət olub. Ehtimal edilir ki, dəfinə hələ də gəmidədir.

Gəmi Sevastopoldan Konstansaya yola düşəndə batıb. Gəmini sovet bombardmançıları batırıb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib