Dərc edilib: 24-10-2017

https://www.nuh.az/13054-.html

Braziliyalı onkoloqdan mifləri dağıdan müsahibə

24.10.2017 01:14:53

Müsahibə

Braziliyalı həkim Paulo Ubiratan Braziliya mətbuatına verdiyi kiçik müsahibə ilə qısa müddətdə dünyaca məşhur onkoloqa çevrilib.
Medicina.az xəbər verir ki, internetin ulduzuna çevrilmiş həkim sağlamlıq haqqında mifləri oz fikirləri ilə darmadağın edib. 
Hər kəsin marağını çəkən müsahibəni oxucularımız üçün də təqdim edirik:
-Alkoqol, şərab içmək səhhətimiz üçün ziyandırmı?

- Əslində çox miqdarda bəli. Amma unutmayaq ki, şərab, çaxır üzüm və meyvələrdən, pivə isə buğdadan hazırlanır. Meyvədən maye çıxarılır, bu, insan üçün xeyirlidir. Arada yaxşı bir şərab içmək lazımdır.
-İdmanla məşğul olmaq ömrü uzadırmı?

- İdman sağlamlığa az və ya çox təsir etmir. Professional idman isə əksinə ziyandır. Bununla siz yalnız əzələlərinizin böyüməsinə nail olacaqsınız, başqa heç nə. Əgər çox gəzmək ömrü uzatsaydı, poçtalyonlar çox yaşayardı. Dovşan hamıdan çox qaçır, amma 15 il yaşayır. Tısbağa isə heç nə etmir, 400 il yaşayır. Ona görə idmanla uzun ömrün əlaqəsi yoxdur. 
 
-Müəyyən hərəkətlər və fiziki aktivlik ürəyə xeyirdir?

- Ürəyimiz müəyyən sayda yığılıb açılmağa proqramlaşdırılıb. Ürəyin gücünü məşqlərə xərcləməyin. Onun resursu tez tükənə bilər. Bu ona bənzəyir ki, avtomobili çox və sürətli sürməklə onun ömrünü uzatmağa çalışırıq. Ürəyə xeyirli nədir: yeməkdən sonra bir azca yatmaq. 
-Ət yemək zərərlidirmi?

- Uğursuz dietoloqların uydurmasına inanmazdan əvvəl inəklərə baxın. Onlar nə ilə qidalanır? Ot, ələf, tərəvəz qalıqları. Bu, bitki qidasıdır. İnək əti isə bitkilərdən yaranır. Ona görə hesab edirəm ki, orqanizmi bitki qidası ilə təmin etmək üçün bir tikə yaxşı inək əti yeməliyik. 
-Sizin həyat və sağlamlıq fəlsəfəniz...

- Əgər heç yeriniz ağrımırsa, heç nə etməyin. Heç nə axtarmayın. Həyat tabuta sağlam, cazibədar və cavan qalmış bədəni aparmaq üçün bizə verilməyib. Yaxşı olar ki, bir əlində buterdbrod, pivə, qadınla seksdən yorulmuş  bədəninlə həyatın sonuna çatasan və aldığın həzzdən qışqırasan: Həyat buna dəyərdi!

NUH informasiya agentliyi səhifəsindən çap edilib