Dərc edilib: 24-10-2017

https://www.nuh.az/13057-.html

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

24.10.2017 11:38:09

Cəmiyyət

Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artistinə ev hədiyyə olunub.

Könül Xasıyeva “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiq edərək çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib