Dərc edilib: 24-10-2017

https://www.nuh.az/13062-.html

Azərbaycanda məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyir

24.10.2017 17:48:46

Maraqlı

Azərbaycanda ilginc olay baş verib. Məmur oğlu atasını mülkə görə məhkəməyə verib.
Unikal.org  xəbər verir ki, "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.
O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.
Məlumatı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.
MƏTİN-M.Davudoğlu,17,Azadlıq M.
SƏMA- Zığ şosesi,7
MƏLƏK-Azadlıq Metrosu, Azadlıq pr.

NUH informasiya agentliyi səhifəsindən çap edilib