Dərc edilib: 25-10-2017

https://www.nuh.az/13075-.html

337 ton narkotik tutuldu

25.10.2017 10:46:05

LIVE

Kolumbiya hökuməti ilin əvvəlin 337 ton narkotik vasitə ələ keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Luis Karlos Vileqas bildirib.

"Ötən il 363 ton kokain təhlükəsizlik xidməti tərəfindən müsadirə olunmuşdu. İlin əvvəlindən isə bu rəqəm 337 tondur",-deyə Nazir bildirib.

Kolumbiya, Peru və Boliviya "qara bazara" ən çox narkotik satan ölkə kimi məşhurdur. Bu ölkədə qanunsuz salınmış kokain sahəsinin ümumi həcmi 100 min hektara çatır.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib