Dərc edilib: 25-10-2017

https://www.nuh.az/13077-.html

18 qəpiyə alınan zeytun insanlara 1 manata satılır – “Abşeron Zeytun” MMC-dən REPORTAJ

25.10.2017 11:25:06

Reportaj

Uzun illər Abşeron zeytun bağları ilə məşhurlaşıb. Məlum olduğu kimi, zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanski  adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib.


Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb.

Amma buna baxmayaraq, bu gün ölkəmizdə yetərincə zeytun tədarük edilir və zavodlara təhvil verilir. Kivnews.com İnformasiya Portalı olaraq əldə etdiyimiz bir məlumatı təsdiqləmək üçün Zığ qəsəbəsində yerləşən məşhur zeytun bağına üz tutduq. “Abşeron Zeytun” MMC-nin balansına verildiyi bildirilən bu ünvana çatanda artıq yığılan zeytunun təhvil-təslim prosesi aparılırdı.


165081

Əli və Baba müəllimin bağı…

 

Zeytun alıcısı olaraq bağın ərazisinə daxil oluruq və qarşımıza keçən hər kəsə yaxınlaşaraq bizə zeytun lazım olduğunu bildiririk. Bunu eşidən hər kəs “satmırıq” deyərərk acıqlı-acıqlı cavab verirlər. Nəhayət bir nəfər ayaq saxlayaraq sualımızı cavablandırır. Vətəndaş qorxa-qorxa olsa da, bildirir ki, buradan bir dənə zeytunu belə icazəsiz aparmaq olmaz. “Bura (əli ilə zeytunluğu göstərir) Gilana məxsusdur. Kim istəsə gəlib buradan özü üçün zeytun yığsın, mümkün deyil. Hətta bir dəfə bir qadın yığmaq istəyərkən, polis maşınına mindirərək apardılar”.

Həmsöhbətimiz bildirir ki, bu bağa Əli və Baba müəllim adlı şəxslər rəhbərlik edir. Hər şeyə də onlar cavabdehdilər.


22809969_10210065070895349_791964634_n

İnsanların yığdıqları zeytun “Abşeron Zeytun” MMC tərəfindən kilosunu 18 qəpikdən alınır

 

Bir qədər bağın içi ilə irəliləmişdik bildirdilər ki, zeytun almaq üçün məntəqəyə yaxınlaşmaq lazımdır. Amma deyilən məntəqədə adam tapmadığımızdan, istiqamət verildi ki, rəhbərlik bağın içərisində insanlardan yığdıqları zeytunu təhvil almaqla məşğuldular. Deyilən, ünvanı taparaq ora yaxınlaşırıq. Qadınlar, kişilər, uşaqlar yığdıqları zeytunları tərəziyə qoyaraq çəkini müəyyənləşdirir və təhvil verir. Bu zaman isə əlində qeydiyyat kitabı olan bir şəxs təhvil verilmiş zeytunların çəkisini qeyd edir. İnsanların biri ilə qısa söhbət edirik. Məlum olur ki, insanların yığdıqları zeytun “Abşeron Zeytun” MMC tərəfindən kilosunu 18 qəpikdən alınır. “Gilan Zeytun” MMC-yə isə 1,10 manata satılır. Bu insanlarIn isə demək olar ki, hamısı ətrafda yaşayan sakinlərdir.

Beləcə, təhvil-təslim prosesi bitdikdən sonra rəhbərlik və mühafizəçilər məntəqəyə yaxınlaşırlar. Biz də, onlara qoşularaq məntəqəyə üz tuturuq. Və orada məlum olur ki, zeytun almağa gələn tək biz deyilik. Digər şəxslər də, zeytun almaq üçün bura üz tutmuşdular. Və beləcə kilosu 1 manatdan zeytun digər insanlara satıldı.

Qeyd edək ki, zeytun ağacını becərməyə və qayğısına qalmağa ehtiyac yoxdur. Baxmayaraq ki, o ən bahalı bitkilərdən biri hesab edilir. Onu da qeyd edək ki, yeni əkilmiş zeytun ağaclarına ən azı 2-3 il ərzində müntəzəm qulluq edilməlidir. Bundan sonra isə ağaclara ciddi qulluq göstərməyə ehtiyac yoxdur. Çünki zeytun ağacları özünü tutandan sonra, ən sərt şəraitdə belə yaşamağa qadirdir. Qışda temperatur mənfi 3-4 dərəcədən yuxarı olan ərazilərdə zeytun kolları əkilə bilər.

Kivnews.com

165077_src

 

16508322773675_10210065071015352_549187035_n

NUH informasiya agentliyi səhifəsindən çap edilib