Dərc edilib: 25-10-2017

https://www.nuh.az/13082-.html

"Qafqazinfo" FHN-nin səhvini düzəltdi. FHN ANONS verir?

25.10.2017 17:51:52

Siyasət

 

 Bu gün  "Qafqazinfo" Fövqəladə Hallar  Nazirliyinin  saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən universitetin tədris binasının liftində 17 nəfər qalıb.


Bu xəbəri oxuyanda istər-istəməz yada “reket” qəzetlər düşür.

Adətən “reket” media  bu üslubdan-metoddan istifadə edir: İcra başçılarından birinin oğlu...məmurlardan birinin xanımı...adını çəkmək istəmədiyimiz ali məktəblərdən birinin rektoru və s. “Reket” media  bu yayğın informasiya ilə qarşı tərəfə sözünü çatdırır, yəni ANONS edir. Və bilmək olmur ki, söhbət konkret  hansı məmurdan, hansı rayonun icra başçısından, hansı ali məktəbdən gedir.

FHN-nin yaydığı məlumatda da hansı ali məktəbin liftində problem olduğu məlum olmur. Necə yəni, “ Səbail rayonu ərazisində yerləşən universitetin...”. Bəlkə FHN-də ANONS  verir ?

Axı, FHN az qala hərbləşdirilmiş dövlət qurumudur. Bu qurumun universitetin adını dəqiqləşdirməsi nə böyük problemdir ?

Yaxşı ki, "Qafqazinfo" saytı FHN-nin səhvini düzəldib: "Qafqazinfo-nun əldə etdiyi məlumata görə hadisə Azərabaycan Pedoqoji Universitetinin binasında baş verib. Hadisəyə səbəb işıqların sönməsi olub. Liftdə qalan şəxslərin sayı  isə 17 deyil, 4 nəfər olduğu bildirilir”. 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib