Dərc edilib: 25-10-2017

https://www.nuh.az/13091-.html

Qaçan məhbuslar tapıldı: Xırdalanda polislə məhkumlar arasında atışma gedir

25.10.2017 23:19:52

Cəmiyyət

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını xəbər vermişdik.
Yenicag.az-ın əldə etdiyi son dəqiqə özəl məlumatına görə, həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən yeri  müəyyənləşdirilib. Bizdə olan məlumata görə, hazırda Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedir. Ölən və yaralıların olduğu bildirilir…
    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib