Dərc edilib: 26-10-2017

https://www.nuh.az/13093-.html

Vətəndaşların külli miqdarda cərimələnməsi hesabına büdcənin artırılması

26.10.2017 00:06:23

LIVE

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların üzvlərinin hakimiyyətlə razılaşdırılmış aksiyada iştiraka görə polis tərəfindən təzyiq və təqiblərə məruz qalmasına etiraz bildirilib,  hakimiyyətdən sərbəst toplaşmaq azadlığı haqqında qanunu bu cür eybəcərləşdirməmək  tələb edilib.

Əməkdaşlıq  Mərkəzi hakimiyyətin vətəndaşların külli miqdarda cərimələnməsi hesabına büdcənin artırılması siyasətini hakimiyyətin iqtisadi siyasətinin iflası kimi qiymətləndirib.

Əməkdaşlıq Mərkəzi son günlər hüqüq mühafizə orqanlarının fəaliyyətində olan ciddi pozuntularla bağlı məsələni müzakirə edib, ölkədəki rüşvət və korrupsiyanın bütün hakimiyyət strukturlarını iflic vəziyyətinə gətirdiyi bildirilib.

Siyasi məhbuslar İlqar Məmmədov, Əli İnsanov və digərləri ilə bağlı Avropa strukturlarının tələblərini, Avropa Məhkəməsinin qərarlarını  Azərbaycan hökumətinin  icra etməməsi düşünüləmiş, ölkəmizə əlavə problemlər yaratmaq cəhdi kimi qiymətləndirilib.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib