Dərc edilib: 26-10-2017

https://www.nuh.az/13108-.html

Kərəm Həsənovun MTN-nə şərlətdiyi vətəndaş bəraət aldı- HÖKM

26.10.2017 20:00:52

Kriminal

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) saxta ittihamları ilə şərlənərək, sonradan Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə barəsində 2 il azadlıqdan məhrumetmə cəzası verilmiş Mətləb Mustafayev bəraət alıb.

Gununsesu.info-nun xəbərinə görə, MTN-nin bir neçə il əvvəl bu qurumun rəhbərliyi tərəfindən intihara vadar edilən şöbə rəisinin müavini polkovnik Malik Mustafayevin qardaşı olan Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istəyi ilə şərlənib.

MTN-nin dağılmasından sonra azadlığa çıxan Mətləb Mustafayevin işinə Ali Məhkəmə baxarkən Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi.

Dünən isə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Mətləb Mustafayevə bəraət hökmü çıxarılıb.

Gununsesi.info-ya açıqlamasında Mətləb Mustafayev ədalətli qərara görə, prezident İlham Əliyevə, Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya,  DTX rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Prokurorluğun Ağr Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Kamil Zeynalova və hakim Rizvan Səfərova təşəkkürünü bildirib.

M.Mustafayev həbsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəisi Kərəm Həsənovun istəyi ilə reallaşdığını deyib.

Mətləb Mustafayevlə geniş müsahibəni gün ərzində Gununsesi.info-da oxuya bilərsiniz.

Bizi izləyin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib