Dərc edilib: 26-10-2017

https://www.nuh.az/13110-.html

SOS, SOS, SOS! Sərhəd kəndlərinə xüsusi status!

26.10.2017 20:36:33

Hadisə

Qazax rayon Quşçu Ayrım kənd sakini, Qarabağ müharibəsi veteranı Hacıyev Nuru Əsgər oğlu Azadlıq.news-in redaksiyasına zəng edib.

N. Hacıyev üç tərəfdən ermənilərlə  əhatələnmiş Quşçu ayrım kəndindəki yaşamın ağırlıqlarından danışıb, həmin kənddə yaşayanların problemləinin hakimiyyətin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı xahiş   edib.

O bildirib ki, kəndin əkin sahələri, örüş yerləri daim ermənilər tərəfindən atəşə tutulduğundan  kənddə heyvandarlıq və əkinçiliklə məşğul olmaq mümkünsüzdür, başqa iş yerləri də yoxdur. 30 il ərzində bu çətin şərtlər altında yaşayan kənd əhalisinin vəziyyəti ilə  maraqlanan yoxdur. Bahalaşmalardan, qaz və işığın qiymətinin artmasından sonra  kənd əhalisinin dolanışığı dözülməz həddə çatıb.

N. Hacıyev sərhəd kəndlərində çətin şəraitdə yaşayan insanlara  xüsusi status verilməli olduğunu bildirib. Hakimiyyətin bu siyasəti davam edərsə insanlar dolanışıq üçün kəndləri tərk etmək məcburiyyətində qalacağını bildirib, hakimiyyətdən vəziyyəti normallaşdırmaq üçün təcili addımlar atmasını tələb etdiklərini bildirib.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib