Dərc edilib: 27-10-2017

https://www.nuh.az/13114-.html

Nazabayevdən mühüm qərar

27.10.2017 09:50:31

Region

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. 


 APA  xəbər verir ki, fərmana əsasən  Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.
 
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
 
Məlumata görə, fərmana latın qrafikasına əsaslanmış qazax  dilinin 32 hərfdən ibarət əlifbası əlavə edilib.  
 
Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı əlifbadan istifadə edilib. 1920-40-cı illərdə latın qrafikalı əlifbadan, 1940-cı ildən isə 42 hərfli kiril qrafikalı əlifbadan istifadə edilib.  

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib