Dərc edilib: 27-10-2017

https://www.nuh.az/13123-.html

Səfər Əbiyev “Məsti Dərgah”ı kimə satır ?

27.10.2017 16:16:49

Siyasət

Keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxandan sonra sanki  “qeyb” oldu. Onun Çexiya vətəndaşlığını qəbul etməsi, Almaniyada biznesinin olması barədə mediada zaman-zaman xəbərlər  yayılıb.

 

NUH.az-a daxil olan məlumata görə, bu günlərdə Səfər Əbiyev  Qubanın ən  gözəl istirahət ocaqlarından  biri olan “Məsti Dərgah”da olub.

Məlumat üçün qeyd edək ki, məşhur  istirahət  yeri olan, bahalı otelləri ilə məşhur olan  “Məsti Dərgah”  Səfər Əbiyevə məxsusdur.  

Məlumatlı mənbə  NUH.az-a bildirib ki, Səfər Əbiyev  “Məsti Dərgah”ı  məşhur məmurlardan birinə satmaq üçün  oteldə görüşüb.

Mənbə onu da bildirdi ki, bu  istirahət  zonasının istifadəyə verilməsindən sonra   Quba camaatı suya həsrət qalıb. Çünki süni şəlalələr yaratmaq üçün Qubaya gələn suyun qarşısı alınıb.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib