Fikrət Hüseynlini Kiyevdə zaminə buraxdılar
Kiyev məhkəməsi müxalifət jurnalisti Fikrət Hüseynlini Ukrayna parlamentinin "Xalq Cəbhəsi”ndən olan deputatı Nikola Knyazskinin və hüquq müdafiəçisi Boris Zaxarovun zaminliyi ilə azad etməyi qərara alıb.
Virtualaz.org bildirir ki, bu barədə N.Knyazski özü Facebook-da status paylaşıb.
Xatırladaq ki, Hollandiya vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynli iki həftə öncə Kiyevdən gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. Kiyev məhkəməsi onu 18 sutka həbs edib.
Onu da qeyd edək ki, F.Hüseynli sərhədi qanunsuz keçməkdə ittiham edilir.
NUH.az