Dərc edilib: 27-10-2017

https://www.nuh.az/13130-.html

Azərbaycanda nadir quşlar məhv edilir

27.10.2017 20:06:15

LIVE

“BirdLife International” beynəlxalq quşları müdafiə təşkilatı “The killing 2.0, A View to a Kill” hesabatını tərtib edib. Hesabatda bildirilir ki, Avropada suda üzən və yırtıcı quşların müdafiəsi ilə bağlı ən pis vəziyyət Azərbaycandadır. Virtualaz.org bildirir ki, bu barədə “Earth Day” nəşri yazıb.

Təşkilat vurğulayır ki, nadir quşlar qeyri-qanuni ov nəticəsində qırılır. “BirdLife International” təşkilatının məlumatına görə, Azərbaycanda, Holandiyada və Almaniyada 2 milyona yaxın suda üzən və yırtıcı quş yoxa çıxma ərəfəsindədir.

2015-ci ildə özünün ilk hesabatında “BirdLife International” iddia edirdi ki, brakonyerlər Avropa ölkələrində 25 milyona yaxın quşu məhv ediblər.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib