Dərc edilib: 27-10-2017

https://www.nuh.az/13132-.html

Elşad Xosu saxlanıldı - Oksananı döyüb

27.10.2017 23:50:35

Maqazin

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.

***

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Oksana Rəsulova ilə əlaqə saxlayıb. 

Rəqqasə hadisəyə qəribə reaksiya verib: “Nə? Onu kim deyir? Nə vaxt yayılıb? Elşad kimi döyüb? Məlumatı kim yayıb bilmirəm, amma bu haqda danışmaq istəmirəm”.

***

“Qafqazinfo” Elşad Xose ilə əlaqə saxlasa da, onun telefonuna zəng çatmayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib