Dərc edilib: 28-10-2017

https://www.nuh.az/13135-.html

Mingəçevirdə canavarlar mal-qaraya hücum edib

28.10.2017 00:27:06

LIVE

Mingəçevirdə canavarlar bir baş iri buynuzlu heyvanı parçalayıb.

"Report"un məlumatına görə, Mingəçevir şəhər sakini, Ağasəlim Babayevin təsərüffatına hücüm edən canavarlar həyətdə olan bir baş iribuynuzlu heyvanı parçaladıqdan sonra tövləyə girərək, daha 10-a yaxın iribuynuzlu heyvana da zədə yetiriblər.

Mal-qaranın səs küyünə gələn çobanlar itlərin köməyi ilə 5-ə yaxın canavarları oradan qovmağa nail olublar. Canavarların yaraladığı mal-qaraya baytarlar tərəfindən yardım göstərilib.

Qeyd edək ki, yırtıcılar bir neçə ay əvvəl də A.Babayevin təsərüffatına hücum edərək, 50 baş qoyunu və bir neçə atı parçalayaraq tələf ediblər.

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib