Dərc edilib: 28-10-2017

https://www.nuh.az/13139-.html

1700-ə yaxın şirkət Kataloniyanı tərk edib

28.10.2017 08:59:53

Dünya

Bu günədək 1681 şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edərək İspaniyanın digər bölgələrinə üz tutub. Bu barədə “La Vanguardia”  qəzeti xəbər verib.

Məlumata görə, oktyabrın 2-dən başlayan işgüzar dairələrin axını bu günədək davam edir.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib