Dərc edilib: 28-10-2017

https://www.nuh.az/13141-.html

"Çelsi"nin sabiq baş məşqçisi milli komandamızda?

28.10.2017 09:41:06

İdman

Azərbaycan milli komandasını "Çelsi"nin sabiq baş məşqçisi Roberto Di Matteo çalışdıra bilər. "Qaynarinfo" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
İddiaya görə, AFFA isveçrəli mütəxəssisə dəvət göndərib. 47 yaşlı məşqçinin təklifə hansı cavabı verəcəyi məlum deyil.
Qeyd edək ki, Roberto Di Matteo futbolçu karyerası ərzində İsveçrənin "Şkaffhauzen", "Sürix", "Aarau", İtaliyanın "Latsio" və İngiltərənin "Çelsi" klublarında çıxış edib. Məşqçi kimi fəaliyyətə 2008-ci ildə başlayan isveçrəli İngiltərənin "Milton Keynes Dons" (2008-2009) və "Vest Bromviç" (2009-2011) klublarını çalışdırıb. 2011-2012-ci illərdə "Çelsi"də məşqçi işləyən 47 yaşlı mütəxəssis 2012-ci ilin mart-noyabr aylarında komandanın baş məşqçisi olub. 2014-2015-ci illərdə Almaniyanın "Şalke 04" klubuna başçılıq edən Roberto Di Matteonun son iş yeri "Aston Villa" olub. O, 2016-cı ilin 2 iyunundan 3 oktyabrınadək bu komandanı çalışdırıb.
2010-cu ildə "Vest Bromviç"i Premyer Liqaya çıxaran mütəxəssis 2011/12 mövsümündə "Çelsi" ilə İngiltərə Federasiya Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib