Dərc edilib: 28-10-2017

https://www.nuh.az/13149-.html

AZƏRBAYCANDA İCRA BAŞÇISININ EVİ YANDI

28.10.2017 18:14:00

Günün sitatı

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub

Quba rayonunda dəhşətli yanğın hadisəsi  baş verib. Hadisə dünən gecə saat 23:30 radələrində rayonda yerləşən evlərin birində olub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, həmin ev rayonun keçmiş icra başçısı Mübariz Ağayevə məxsusdur. Evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə xidmətinin yanğınsöndürmə maşınları cəlb olunub. Yanğın 2 saatdan çox davam edib.

Qeyd edək ki, Mübariz Ağayev Quba ryonunda 2012-2015-ci illərdə icra başçısı vəzifəsində çalışıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib