Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni foto paylaşıb.
"Qaynarinfo" xəbər verir ki, balıq buğlamasının şəklini paylaşan Leyla Əliyeva yeməyi birinci vitse-prezident Mehriban Əliyevanın bişirdiyini yazıb:
"Anamın bişirdiyi balıq buğlaması! Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır! Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!"

Qaynarinfo.Az