Dərc edilib: 29-10-2017

https://www.nuh.az/13155-.html

İt saxlamaq sizi bu xəstəliklərdən qoruyur

29.10.2017 10:05:52

Maraqlı

Amerikalı alimlər müəyyən ediblər ki, itlərin evdə olması körpələrdə astma və ekzema xəstəliklərinin inkişafı riskini azaldır.

“Qafqazinfo” “Eurekalert” nəşrinə istinadən xəbər verir ki, bu barədə allergiya, astma və immunologiya öyrənilməsi üzrə Amerika assosiasiyasının konqresi tərəfindən təqdim olunan hesabatda bildirilib.

Mütəxəssislərin araşdırmaları əsasında məlum olub ki, dördayaqlıların evdə olması uşaqlarda allergik astma və ekzema xəstəliklərinin simptomlarını yumşaldır. Burada əsas rolu heyvanların bədənində olan bakteriyalar oynayır.

Bununla bərabər alimlər xəbərdarlıq edirlər ki, heyvanlara qarşı allergiyası olanlara evdə it saxlamaq məsləhət görülmür.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib