Dərc edilib: 29-10-2017

https://www.nuh.az/13158-.html

Bakıda ağır qəza: 19 yaşlı qiz öldü, yaralılar var

29.10.2017 12:06:50

LIVE

Paytaxtda ağır yol qəzası baş verib.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səbəbi araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib