Dərc edilib: 30-10-2017

https://www.nuh.az/13175-.html

Rafiq Hüseynovun həyat yoldaşı: "Qızımdan atasının ölümünü gizlətdim"

30.10.2017 15:10:15

Hadisə

Almaniyada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi iki gün sonra Azərbaycana gətiriləcək.

Yenicag.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova gözyaşları içində bunları dedi:
"Qızım atasının ölüm xəbərini bilmirdi. Neçə gün bu xəbəri ondan gizlətdim. Ancaq bu gün deyə bildim. Həyatımda bu dəhşətli mənzərəni heç vaxt unutmayacam. Ata-bala bir-birlərini hədsiz çox sevirdilər. Qızım şok keçirtdi”.
S.Hüseynova onu da bildirib ki, R. Hüseynov Almaniyaya aparılanda vəziyyəti kritik olub:
"Almaniyaya apardıq ki, onu xilas edək. Amma artıq gec idi. Həkimlər dedilər ki, ağciyəri bərpa etmək mümkün deyil. Son dəqiqələrində əli əlimdə, gözlərimə baxa-baxa getdi. Son sözünü də deyə bilmədi. Nigarançılığı məndən və qızından idi. Çox acıdır, kədərimi ifadə etməyə söz tapmıram”.

 

     NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib