Dərc edilib: 30-10-2017

https://www.nuh.az/13186-.html

Azərbaycanda “zapravka”da yanğın: Ölən və yaralanan var

30.10.2017 21:28:25

LIVE

Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində yanğın olub.
APA-nın  verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.
 
Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.
 
Xəsarət alanlar barədə məlumat yoxdur. 
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağcabədi rayonunda maye-qaz doldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
İlkin məlumata görə, partlayış çənə qaz vurulan zaman baş verib.
Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib