Dərc edilib: 31-10-2017

https://www.nuh.az/13188-.html

“8-ci km bazarı” dövlət xeyrinə müsadirə olundu

31.10.2017 01:15:10

Günün sitatı

“Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” dövlət xeyrinə müsadirə edilib.

Lent.az-ın məlumatına görə, bu barədə MTN generalı Akif Çovdarov və digərlərin haqqındakı məhkəmə hökmündə qeyd edilib.

Bildirək ki, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN -də nazir müavini olmuş Hilal Məmmədovun həyat yoldaşının adına olub.

Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkən kimi tanınmışdı. Onlar bazarın Akif Çovdarov və Hilal Məmmədov tərəfindən əllərindən zorla alındığını bildirmiş və bazarın geri qaytarılmasını istəmişdilər.

Bundan başqa “Karvansaray”  və zərərçəkmiş Qədim Ədilov epizodları üzrə isə cinayət işinə xitam verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib