Dərc edilib: 01-11-2017

https://www.nuh.az/13211-.html

“Qoca” sərhəddə necə qaçıb? - Taksi sürücüsü danışdı

01.11.2017 12:38:51

Mədəniyyət

Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

APA  xəbər verir ki, o, məhkum Etibar Məmmədovu (Qoca) bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.
 
Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: "Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı".

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib