Dərc edilib: 01-11-2017

https://www.nuh.az/13214-.html

Heydər Əliyevin verdiyi "Xalq şairi" medalı satılır - 200 manata (FOTO)

01.11.2017 13:33:26

Maraqlı

Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı satılır.
 yenicag.az  xəbər verir ki, ona verilən xalq şairi medalı sosial şəbəkə vasitəsi ilə auksiona çıxarılıb.
Auksionda başlanğıc qiyməti olaraq 200 manat göstərilib.
Qeyd edək ki, Cabir Novruz 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə xalq şairi adı ilə təltif olunub. Görkəmli şairə təqdim edilən medalın vəsiqəsində də məhz Heydər Əliyevin imzası var.
Məsələ burasındadır ki, Cabir Novruza verilən medal Dilrubə Vaqifzadə tərəfindən satışa çıxarılıb. O, Cabir Novruz (CNF) fondunun prezidenti, tanınmış televiya mütəxəssisi, aparıcı Elçin Əlibəylinin həyat yoldaşıdır.
Onu da qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib