Dərc edilib: 01-11-2017

https://www.nuh.az/13218-.html

Azərbaycanda partiya sədri həbs edildi

01.11.2017 16:18:00

Siyasət

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.

Mia.az xəbər verir ki, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktı report-a M.Tükənovun ailəsi təsdiqləyib.
Onu da qeyd edək ki, M.Tükanov "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavinidir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

 

     NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib