Dərc edilib: 01-11-2017

https://www.nuh.az/13229-.html

İnsanların müdafiə hüququnun məhdudlaşdırılması

01.11.2017 22:26:33

Cəmiyyət

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

İclasa sədrlik edən Azadlıq partiyasının sədri Ə. Orucun NUH.az-a verdiyi məlumata görə sədrlər Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılıması münasibətilə bütün Türk Dünyasını təbrik edib, Azərbaycanın “altun körpü” olması haqda tarixi deyimlərin bir daha təsdiqini tapdığını qeyd ediblər.

Əməkdaşlıq Şurası məhkəmələrdə nümayəndəlik institutunun ləğvini insanların müdafiə hüququnun  məhdudlaşdırılması kimi qiymətləndirib. 10 milyonluq əhalisi olan bir ölkədə cəmi 970 vəkilin fəaliyyətinə icazə verilməsinin doğru olmadığını bildirib.

Əməkdaşlıq Şurası  KXCP qərargahında 15 noyabr saat 12-də Milli Dirçəliş Günü ilə bağlı Dəyirmi masanın keçirilməsi barədə qərar qəbul edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Moderator.az saytını fəaliyyətə  başlamasının 5-ci ildönümü münasibətilə təbrik edib.

 

     NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib