Dərc edilib: 02-11-2017

https://www.nuh.az/13241-.html

Trampdan Green Cardla bağlı etiraz

02.11.2017 10:18:10

Maraqlı

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda 8 nəfəri öldürən terrorçunun edam edilməli olduğunu bildirib. "Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp tvitter hesabında yazıb. 

Bundan başqa, dövlət başçısı özbək əsilli terrorçunun ABŞ-a gəlməsinə səbəb olan Green-Card proqramının “qulağa xoş gəldiyini, lakin ABŞ üçün xoş olmadığını” bildirib:

“Biz qabiliyyətə dayanan bir proqrama keçmək istəyirik. İnsanlar bu ölkəyə qabiliyyətlərinə görə gəlməlidir. Miqrant zənciri ( Green Card almağa haqq qazanan bir şəxsin ailəsindən və yaxınlarından da kimlərisə ABŞ-a gətirməsi) yanaşmasından xilas olmaq lazımdır. Konqresdə hazırda bu miqrant zənciri proqramını ləğv etməyə yönəlik bəzi layihələr var. Biz güclü və ağıllı olmalıyıq”. 

Lakin Dövlət Departamenti amerikalı liderin ideyasına qarşı çıxıb. Onlar Green Card lotoreyasına davam etməyi qərara alıblar: “Hazırda proqrama hər hansı dəyişiklik edilmir”. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib