Dərc edilib: 02-11-2017

https://www.nuh.az/13252-.html

Mehriban Əliyeva İtaliya Senatının sədr müavini ilə görüşdü

02.11.2017 22:45:58

Cəmiyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edib.

Əməkdaşlığımızın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrimizin inkişaf etdiyini deyən birinci vitse-prezident ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğulayıb, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırıb.

Bildirilib ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib.

M. Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğulayıb

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib