Dərc edilib: 02-11-2017

https://www.nuh.az/13253-.html

Məktəb direktoru həbs olundu

02.11.2017 23:37:40

Region

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gülməz Alxasov Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
 
 Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
 
 Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib