Dərc edilib: 03-11-2017

https://www.nuh.az/13258-.html

Rafiq Hüseynov ilə vida mərasimi

03.11.2017 10:40:31

Cəmiyyət

Xalq artisti, diktor Rafiq Hüseynovla vida mərasimi başlayıb. “Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları iştirak edir.
 
Qeyd edək ki, xalq artisti Yasamal qəbiristanlığında dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.

 

 NUH.az 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib