Dərc edilib: 03-11-2017

https://www.nuh.az/13269-.html

Fərhad Bədəlbəyli: "Heyif ki, Rafiq Hüseynovun qədrini bilmədik"

03.11.2017 18:13:42

Cəmiyyət

"Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq Hüseynov da eyni dərəcədə məşhur idi". 
 
APA-nın məlumatına görə, bunu Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli görkəmli diktor Rafiq Hüseynovun vida mərasimində deyib. 

O, bildirib ki, Rafiq Hüseynovun timsalında böyük dostunu itirib: "Dost itirəndə ürəkdən bir parça da gedir. Rafiq son dərəcə professional şəxsiyyət idi.
 
Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq də eyni dərəcədə məşhur idi. Moskvanın ən məşhur diktorları deyirdilər ki, sizin Rafiq Hüseynov kimi böyük diktorunuz var. Heyif ki, onun qədrini bilmədik. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdılar. Çox heyfslənirəm ki, biz bəzən böyük insanlara soyuq münasibət bəsləyirik. Çox heyif, belə bir böyük insanı itirdik". 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib