Dərc edilib: 03-11-2017

https://www.nuh.az/13270-.html

Rafiq Hüseynovun Fəxri xiyabanda dəfn olunmasına kim(lər) mane oldu?

03.11.2017 18:41:09

Siyasət

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun  Fəxri xiyabanda dəfn olunacağı ilə bağlı  rəsmi məlumatlar yayılsa da, bu gün  mərhum   Yasamal qəbristanlığında torpağa  tapşırıldı.


Əlbəttə, insanın dəyəri  onun hansı qəbristanlıqda uyuması ilə ölçülmür. Amma niyə  bu qədər şöhrətli bir şəxs Fəxri xiyabanda dəfn edilmədi ?

 

Görəsən Fəxri xiyabanda dəfn ounmaq üçün şəxsiyyətin hansı parametrləri, titulları  olmalıdır?

 

Bunu kim müəyyən edir?

 

Ümumiyyətlə, belə meyarlar varmı ?


Fəxri xiyabanda  dəfn  olunmaq üçün rəsmi  qaydaları necədir ?

 

NUH.az-a daxil olan məlumata görə,  Rafiq  Hüseynovun Fəxri xiyabanda dəfn olunmasına kimlərsə mane olub.

 

Bu gün Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin vida  mərasimində dedikləri də  bunu təsdiq edir: "

 

Müslüm Maqomayev hansı dərəcədə populyar idisə, Rafiq də eyni dərəcədə məşhur idi. Moskvanın ən məşhur diktorları deyirdilər ki, sizin Rafiq Hüseynov kimi böyük diktorunuz var. Heyif ki, onun qədrini bilmədik. Bəzi məmurlar onu televiziyadan uzaqlaşdırdılar. Çox heyfslənirəm ki, biz bəzən böyük insanlara soyuq münasibət bəsləyirik”. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib