Dərc edilib: 03-11-2017

https://www.nuh.az/13274-.html

“Kor Hüseyn” həbs olundu - Lənkəranskinin dəstəsinə növbəti zərbə

03.11.2017 23:24:29

Kriminal

Çeçenistanın paytaxtı Qroznı şəhərində Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədovu həbs ediblər. 

“Qafqazinfo”nun “Praym Kraym” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, 51 yaşlı “vorzakon”un üzərində külli miqdarda narkotik vasitələr – “metadon” və kokain aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, “Kor Hüseyn” Çeçenistanın kriminal aləmində ən məşhur və ən yaşlı (təcrübəsinə görə) “qanuni oğru”lardan biri hesab olunur. 80-ci illərdə bu “işə” başlayan Əhmədov 6 dəfə həbs olunub.

“Kor Hüseyn” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. O, Türkiyədə Rövşən öldürüldüyü günə qədər onun yanında olub.  Lənkəranskinin qətlindən sonra İstanbulu tərk edərək Çeçenistana qayıdıb. 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib