Dərc edilib: 04-11-2017

https://www.nuh.az/13285-.html

Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

04.11.2017 13:12:33

Günün sitatı

Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.

 Bu barədə virtualaz.org sayt məlumat yayıb. Hələ ki, Baş Prokurorluğa nə səbəbə çağırılması açıqlanmayıb. Qeyd edək ki, dünən Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi Vüqar Mahmudovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib. *** Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlamasında bildirib ki, Eldar Mahmudov əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib