Dərc edilib: 04-11-2017

https://www.nuh.az/13292-.html

Astaranın "voyenkom"u həbs edildi

04.11.2017 15:25:54

Region

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.
"Report"   xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib