Dərc edilib: 04-11-2017

https://www.nuh.az/13296-.html

“Gilan Holdinq”də vacib istefa

04.11.2017 17:49:21

İqtisadiyyat

“Gilan Holdinq”in marketinq direktoru Müşfiq Hüseynob tutduğu postdan ayrılıb.

O, şirkətdən ayrılmasını keçmiş iş yoldaşlarına xitabən belə izah edib: "Həyatımın ən vacib 2 il 6 ayında olduğunuz üçün hər birinizə minnətdaram. Xoşbəxt, gərgin, sevincli 2 il altı ay oldu. Burada dəyərli dost, yoldaş qazandım. Hər birinizin ürəyimdə xüsusi yeri var". M.Hüseynov öz hesabından yaxın günlərdə çalışacağı şirkətin də adını bildirəcəyini qeyd edib. Xatırladaq ki, "Gilan Holdinq"də son vaxtlar vacib postlardan istefa xəbərləri yayılır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə şirkəti olan holdinqin bir hissəsinə də artıq fövqəlnazirin nəzarətindən çıxdığı haqda məlumatlar yerli KİV-də yazılır. okle.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib