Dərc edilib: 04-11-2017

https://www.nuh.az/13301-.html

Gəncədə 14 yaşlı qız dəm qazından öldü

04.11.2017 23:40:22

LIVE

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib